Poeziya tərcüməsi

etiraf etmək lazımdır ki, poeziyanın tərcüməsi zamanı tamamilə spesifik problemlər yaranır. Belə ki, ritm, ölçü, qafiyə və s. ifadə formaları auditoriyaya məlumatın ruhunu çatdırmaqda mühüm amillərdən biridir.
Poetik tərcümə
Poeziyanın nəsrlə tərcüməsi
OBASTAN VİKİ
Poeziya
Poeziya (yun. ποίησις) — dilin məna, səs və ritm elementlərini müəyyən nizam içində istifadə; bir hadisəni, ya da bir romantik və fikri təcrübəsi sıxlaşmış və sıradanlıqdan uzaqlaşmış bir şəkildə ifadə etmə sənəti olaraq təyin oluna bilər. Şeirin tərifi üçün müxtəlif sənət anlayışlarına görə fərqli yanaşmalar edilmiş, hətta şeirin tanımlanamayacağı da qarşıya qoyulmuşdur. == Tərifi == Song Xanədanı dövründən qalma bir Çin şeiri nümunəsi: Cənnət dağına döndük. Türk dilində qarşılığı qaçış, xeyr, özün kimi sözlər önərilmişsə də heç biri məşhurluq qazana bilməmişdir. Hal-hazırda qaçış, nəzm qarşılığı olaraq istifadə olunsa da nəzm və şeiri bir-birinə qarışdırmamaq lazımdır. Birincisi yalnız bir izahat yoludur. Keçmişdə şeirin qafiyə, ölçü, nəzm formaları kimi forma-xüsusiyyətlərdən ayrı düşünülməməsi səbəbiylə şeirlə nəzm eyni mənalı sayılmışsa da hal-hazırda bu düşüncə aşılmışsa da ədəbiyyatın şeirlə birlikdə başladığı düşüncəsində fikir birliyi meydana gəlmişdir. Yəhya Kamal Beyatlı şeiri "Bildiyimiz musiqidən fərqli bir musiqi" olaraq adlandırarkən, Cahit Sıtkı Tarancıya görə şeir "sözlərlə gözəl şəkillər yaratmaq sənətidir" Əhməd Haşim şeiri "Söz ilə musiqi arasında olan lakin sözdən çox musiqiyə yaxın olan bir dil" olaraq tərif edilir. Nəcib Fazıl Kısakürək isə şeir üçün "Mütləq həqiqəti axtarış işidir" deyir.
Maşın tərcüməsi
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Elmi poeziya
Elmi poeziya— elmi-fəlsəfi dünyagörüşü və biliklərin poetik ifadəsi. Elmi poeziyanın ilk nümunələri Qədim Yunanıstanda və Çində (Lukretsi Karın "Şeylərin təbiəti haqqında", Lao Tszının "Dao de tszin" fəlsəfi poemaları və s. yaranmışdır. == Yaranması == Termin kimi fransız şairi Rene Gil (1862–1925) tərəfindən irəli sürülmüşdür. Sonrakı dövrdə Vergili ("Georgikalar"), Lomonosov ("İlahi əzəmət barədə səhər düşüncəsi", "İlahi əzəmət barədə axşam düşüncəsi", "Şüşənin faydası haqqında namə"), Valeri Bryusovun ("N ölçülər dünyası", "Elektron dünyası") yaradıcılığında da rast gəlinir. Bu cərəyan Avropa rasionalizminin inkişafı ilə bağlıdır. Rene Gil elmi poeziyanı simvolizmә qarşı qoyurdu. Onun fikrincə, şair üçün ideya və obrazların, eləcə də söz ehtiyatının mənbəyi "köhnəlmiş mifologiya" yox, elmi dünyagörüşü olmalıdır. Rene Gilin "Söz haqqında traktat"ı (1885) elmi poeziyanın nəzəri əsaslarını əhatə edir. Jül Romen (1885–1972) və Corc Dyuamel (1884–1966) Gilin nəzəriyyəsindən poetik unanimizmin inkişafında istifadə etmişlər.
Rondel (poeziya)
Rondel (fr. rondel) — XIV əsr fransız lirik poeziyasında yaranan, sonradan ingilis və rumın ədəbiyyatında da istifadə edilən şeir növü. Rondel rondo mətn-musiqi formasının bir növü olub 3 bənddə birləşdirilmiş 13 və ya 14 sətirdən ibarət şeirdir. İki dörd sətirlik bəndi müşayiət edən bir beşlik (13 sətir) və ya altılıq (14 sətir) bənddən ibarətdir. Birinci bəndin ilk iki sətri nəqarətdir və ikinci və üçüncü bəndlərin son iki sətrində təkrarlanır. Bəzən üçüncü bəndin sonuncu sətrində birinci bəndin yalnız birinci sətri təkrarlanır.
Dünya Poeziya Günü
Dünya Poeziya Günü — 21 mart tarixində qeyd olunan, 1999-cu ildə YUNESKO tərəfindən şeir ifadəsi ilə dil müxtəlifliyini dəstəkləmək və nəsli kəsilməkdə olan dillərə kömək imkanını yaratmaq məqsədilə elan edilmişdir. Məqsəd şeirin oxunmasını, yazılmasını, nəşrini və tədrisini bütün dünyada təbliğ etmək və YUNESKO-nun orijinal bəyannaməsində deyildiyi kimi "milli, regional və beynəlxalq şeir hərəkatlarına yeni bir tanıma və təkan vermək". Parisdə YUNESKO-nun iqamətgahında 2021-ci ildə Ümumdünya poeziya günü böyük Makedoniyalı şair, yazıçı, ədəbi tərcüməçi və linqvist Blaje Koneskinin anadan olmasının 100 illiyinin qeyd olunmasına həsr olunmuşdur. Eyni zamanda, Böyük Britaniyanın şairəsi Kerol Enn Daffi 2021-ci il üçün Struga Poeziya Axşamları "Qızıl Çələng" mükafatının laureatı elan edilib. == Məqsədi == Dünya Poeziya Günün məqsədi milli, regional və beynəlxalq poetik hərəkata yeni impuls vermək və dünyadakı dil müxtəlifliyini təşviq etmək və yox olmaqda olan dilləri poeziya vasitəsilə dəstəkləməkdir. Dünya Poeziya Günü UNESCO tərəfindən 1999-cu ildə təsis edilib. == Azərbaycanda == Azərbaycanda “Dünya Poeziya Günü” 2007-ci ildən etibarən qeyd olunur. Məqsəd poeziya sənətini təbliğ etmək, şeiri insanlara sevdirmək, xalqları ədəbiyyatın bu janrı ilə bir-birinə yaxınlaşdırmaqdır.
Poeziya Bayramı (1982)
== Məzmun == Poeziya bayramları respublikamızda bir ənənəyə çevrilmişdi. SSRİ-nin yaradılmasının 60 illiyi şərəfinə keçirilən poeziya bayramı da bu ənənələrin davamı idi. Səksəndən çox xalqı və milləti təmsil edən sovet şairləri respublikamıza poeziya bayramına, şairlər Vətəni Azərbaycan torpağına gəlmişdilər. Film məhz həmin görüşlər haqqında tamaşaçılara məlumat verir. Budur, poeziya elçiləri Azərbaycanın paytaxtını gəzdikcə Nizami və Füzulinin, Sabir və Müşfiqin abidələri önündə dayanır, sanki onlara hesabat verir, sözün, şerin yüksək mənasını bir daha nümayiş etdirirlər. Qədim Gəncənin sənət məbədgahı-Şıx düzündə Nizaminin məqbərəsi önündəki görüşü əks etdirən kadrlar yaddaqalandır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Qulu Xəlilov Operator: Tofiq Sultanov, Köçəri Məmmədov, Yefim Abramov, Faiq Qasımov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Şotlandiya Poeziya Kitabxanası
Şotlandiya Poeziya Kitabxanası (ing. Scottish Poetry Library) — 1984-cü ildə şairə Tessa Rensford tərəfindən Şotlandiyanın Edinburq şəhərində yaradılıb. Hal-hazırda kitabxanada Şotlandiya və beynəlxalq poeziyasına aid olan 30,000 əsər saxlanılır. Kitabxanada Şotlandiyanın üç yerli dilində (şotland kelt dili, şotland german dili və ingilis dili) materiallar mövcuddur.
Vaqif Poeziya Günləri
Vaqif Poeziya Günləri– Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında təşkil olunan tədbir. == Tarixi == Şuşa Molla Pənah Vaqif üçün çox böyük əhəmiyyətə malik olub. O, Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və burada dəfn edilib. Vaqifin Şuşada yaşadığı dövrdə də hər birimiz üçün əziz olan bu şəhər Azərbaycanın mədəniyyət mərkəzi sayılırdı. Vaqif Poeziya Günlərinin keçirilməsinə başlanması və bu tədbirin ənənəvi xarakter alması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməyib. Onun göstərişi ilə məzar tapılıb və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üzərində 1980-81-ci illərdə abidə və türbə tikilib. Kompleks Şuşa şəhərinin Cıdır düzünə yaxın ərazidə inşa edilib. 1982-ci ilin yanvar ayının 14-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib.
Bibliyanın yapon dilinə tərcüməsi
Bibliyanın yapon dilinə tərcüməsi Frensis Xavierin Yaponiyaya gəlişindən bir il öncə — 1548-ci ildə başlamışdır. 1613-cü ildə Əhdi-Cədidin yapon dilinə tərcümə edilməsindən sonra qapalı ölkə siyasətinə görə 2 əsrdən çox müddətdə Bibliyanın yapon dilinə tərcümə işində irəliləyiş olmamışdır. Karl Gützlaff 1837-ci ildə İohann İncilini tərcümə edərək nəşr etdirmişdir. Bundan sonra XIX əsrdə Yaponiyada bir çox nəşrçi Bibliya kitablarının və hissələrinin yapon dilinə tərcüməsi ilə məşğul olmuş və komitələr yaratmışdırlar. Samuel Vilyams, Bernard Jan Bettelheym, Conatan Qobl, Ceyms Hepbörn, Samuel Braun, Natan Braun, Devid Tompson, Quido Verbek, Filip Fayson bu cür tərcüməçilərdən olmuşdurlar. Bibliyanı tərcümə etməyə başlayan ilk yapon isə 1873-cü ildə Naqata Hosey olmuşdur. == İlk dövrlər == Bibliyanın yapon dilinə tərcüməsi ilə bağlı işlər ilk dəfə 1548-ci ildə başlamışdır. Tərcümənin nüsxəsi müasir dövrə kimi gəlib çatmasa da, Kaqoşimadan olan qaçqın samuray Yaciro (və ya Anciro) Qoada Matfeya İncilini yapon dilinə "tərcümə etmişdir". Frensis Xavier Yaciro və iki yoldaşı ilə 1547-ci ildə Malay yarımadasında tanış olmuş və onları Qoadakı bir kollecə gətirmişdir. Yaciro öz doğma ölkəsi haqqında danışandan sonra Xavier həmin İncili yapon xalqına çatdırmaq istəmişdir.
Poeziya bayramı (film, 1982)
== Məzmun == Poeziya bayramları respublikamızda bir ənənəyə çevrilmişdi. SSRİ-nin yaradılmasının 60 illiyi şərəfinə keçirilən poeziya bayramı da bu ənənələrin davamı idi. Səksəndən çox xalqı və milləti təmsil edən sovet şairləri respublikamıza poeziya bayramına, şairlər Vətəni Azərbaycan torpağına gəlmişdilər. Film məhz həmin görüşlər haqqında tamaşaçılara məlumat verir. Budur, poeziya elçiləri Azərbaycanın paytaxtını gəzdikcə Nizami və Füzulinin, Sabir və Müşfiqin abidələri önündə dayanır, sanki onlara hesabat verir, sözün, şerin yüksək mənasını bir daha nümayiş etdirirlər. Qədim Gəncənin sənət məbədgahı-Şıx düzündə Nizaminin məqbərəsi önündəki görüşü əks etdirən kadrlar yaddaqalandır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Qulu Xəlilov Operator: Tofiq Sultanov, Köçəri Məmmədov, Yefim Abramov, Faiq Qasımov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Səməd Vurğunun Poeziya Evi
Səməd Vurğunun Poeziya Evi Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşir. 1975-ci ildə Bakıda "Sovet ədəbiyyatı günləri"ndə ölkənin ədəbi ictimayətinin iştirakı ilə "Səməd Vurğunun ev-muzeyi"nin təntənəli açılışı olmuş və bir il sonra, 1976-cı ildə şairin doğma kəndi Yuxarı Salahlıda ev-muzeyinin filialı – "Səməd Vurğunun poeziya evi" yaradılmışdır. 17 noyabr 1976-cı ildə S. Vurğunun anadan olmasının 70 illiyi ilə əlaqədar açılmışdır. Poeziya evində S. Vurğunun həyat və yaradıcılığını əks etdirən eksponatlar nümayiş etdirilir. Poeziya evi yerli əhəmiyyətli monumental və xatirə abidələri siyahısına daxildir.
10 dəqiqə poeziya (film, 1965)